"Müğənnilər özlərini göstərmək üçün kredit bataqlığına düşür"- Xanəndə şou-biznesin arxa planını açdı!
“Sənət adamı efirə, ekrana çıxırsa, mədəniyyəti təbliğ edirsə, özü də, evi də nümunə olmalıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İlkin Əhmədov “Həmin Zaur” verilişində deyib.
Xanəndə aparıcı Zaur Kamalın “müğənni efirə 130 minlik maşında gəlirsə, deyirlər, bahalı müğənnidir” sualını cavablandırıb:
“Sənət adamı efirə, ekrana çıxırsa, mədəniyyəti təbliğ edirsə, özü də, evi də nümunə olmalıdır. Vacib deyil evi böyük, bahalı olsun, əsas odur ki, səliqəli olsun. Bahalı olması şərt deyil. Təəssüflər olsun ki, psixologiya elə qurulub ki, müğənni bahalı maşın sürürsə, deyirlər, bahalı müğənnidir. Şahidi olmuşam, adam özünü göstərmək üçün, nəinki 130 minlik, 200 minlik maşının kreditinə girir, sonradan yazıq əldən-ayaqdan çıxıb, qalır pis vəziyyətdə”.
Nehru