“Təəssüflər olsun ki, …”

media-hightechnic-468x90

artur-rasizade1“Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur”.

Bunu Baş nazir Artur Rasi-zadə Milli Məclisdə Azərbaycan hökumətinin hesabatını təqdim edərkən deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxılaşdırılmasını gündəlik nəzarətində saxlayır: “Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur”.

A.Rasi-zadənin fikrincə, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır: “Sevindirici haldır ki, artıq bu diqqəti, qayğını əks etdirən çoxlu nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artması da Ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600