!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlının seçicilərlə növbət görüşü Kürkənd kəndində baş tutdu – FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində avqustun 14-də 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə növbəti görüşü Kürkənd kəndində baş tutub.

Bu barədə Yenicag.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Görüşdə Tənzilə Rüstəmxanlının vəkili, Qarabağ qazisi Mübariz Hüseynov, Ümid Partiyasının Neftçala rayon təşkilatının sədri, şair-publisist, Tənzilə Rüstəmxanlının vəkili Əli Əlibəyli, Qarabağ qazisi, tanınmış jurnalist Nahid Canbaxışlı, tədbirin aparıcısı – Neftçala Qayğı Mərkəzinin rəhbəri Jalə Sərdarzadə, kənd ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.

Görüş iştirakçıları Tənzilə Rüstəmxanımı böyük coşqu və alqışlarla qarşılayıblar. Dövlət himninin səsləndirilməsindən sonra görüş başlayıb.

Tədbiri giriş sözü ilə açan aparıcı Tənzilə xanımın platforması haqqında ətraflı məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının mahiiyyətindən söz açıb. Sonra o, seçiciləri xalqın layiqli namizədinə etimad göstərməyə və Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.

Namizədin vəkilləri çıxış edərək Tənzilə Rüstəmxanlının 30 ildən çox olan peşəkar və ictimai fəaliyyətindən, beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olmasından, ölkəmizin mənafeyi naminə beynəlxalq münasibətlər sahəsində gördüyü işlərdən bəhs edib, Kürkənd kəndinin sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlıya səs verməyə çağırış ediblər.

Sonra kürsüyə namizəd Tənzilə Rüstəmxanlı çıxıb. Xanım namizəd əvvəlcə öz platforması haqqında məlumat verib. Millət vəkili seçiləcəyi təqdirdə Neftçala üçün görəcəyi işlər üçün plan və tədbirlər barədə danışıb.

Tənzilə xanım əsas olaraq Neftçalada olan qadın problemlərinə, onların işlə təmin olunması, qadın hüquqlarının qorunması və bu kimi digər məsələlərə toxunub, qadınlarımızın cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd edərək, onların işlə təmin olunması və işsizlik problemindən söz açıb.

Xanım namizəd seçildiyi təqdirə şəhid ailələrinin və qazilərinin problemləri ilə məşğul olacağını və mütəmadi onların yanında olacağını bildirib.

Tənzilə Rüstəmxanlı söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq.

Tənzilə xanım millət vəkili kimi Neftçala üçün görəcəyi işlərlə əsil neftçalalı olduğunu sübut edəcəyini söz verib və Kürkənd sakinlərini seçkidə fəal iştirak etməyə və Tənzilə Rüstəmxanlıya səs verməyə səsləyib.

Sonda kənd sakinləri dinlənilib, qeydlər aparılıb və xatirə şəkilləri çəkilib.

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv