Tolikdən SƏRT AÇIQLAMA: “Lazım olanda onların “lob”una deyirəm”
“Statusundan asılı olmayaraq, elə bir müğənni yoxdur ki, ona söz deyə bilməyim. Adı üstündədir-müğənni”.
Yenicag.az xəbər verir ki, bu sözləri prodüser, aparıcı Tarix Əliyev sosial şəbəkə hesabındakı videoaçıqlamasında deyib.
O, bəzi müğənnilərlə bağlı sərt fikirlər səsləndirib:
“Mən heç kimin tərəfini saxlamıram. Lazım olanda bütün müğənniləri tənqid də edirəm, lazım olanda fikir də bildirirəm, heç kimin vəkili deyiləm. Kimə elə biləcək ki, ona bir söz deyə bilmərəm, elə bir müğənni yoxdur. Statusundan asılı olmayaraq, elə bir müğənni yoxdur ki, ona söz deyə bilməyim. Adı üstündədir – müğənni. Mənim də adım üstümdədir – prodüser. İstədiyim müğənniyə fikir bildirməkdə azadam. Heç bir müğənni toxunulmaz deyil. Başa düşürsünüz siz?! Siz onu sevirsinizsə, mən onu sevmək məcburiyyətində deyiləm. Siz mənim verilişimə baxmayacaqsınız, heç baxmayın, atamın ayağının altına ki… Onsuz da onlara sözümü efirdə də deyirəm. Qorxacaq olsaydım, deməzdim. Deməli, lazım olanda onların “lob”una deyirəm. Onların güvəndikləri heç mənə bir söz deyə bilmir, siz deyəcəksiniz?!”
Nehru