Turan: Şüardan geosiyasi reallığa… – Aqil Ələsgər İlham Əliyevin mesajının şifrələrini yazdı

media-hightechnic-468x90

 

media-banner_tkm

Bir vaxtlar “Turan” deyəndə gülürdülər.
“Nə? Türk dünyası?”
Bu suallarla rişxənd edirdilər.
“Nağıl danışırlar”.

“21-ci əsrdə belə şey olmaz” deyirdilər.
İndi isə “kim daha çox türkçüdür” yarışı gedir.
Çünki reallıq dəyişir.
Həm də bu dəfə masa arxasında başqaları yox, Türk dünyası oturur.
Prezident İlham Əliyevin Qazaxıstanda dediyi cümlə əslində bütün oyunun xülasəsidir:
“Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir.”
Bu, diplomatik protokol cümləsi deyil.
Bu, yeni əsrin siyasi manifestidir.
İlham Əliyev illərdir eyni xətti aparır.
Səbrlə.
Sistemli şəkildə.
Dayanmadan.
Çünki bilir:
Türk dünyası birləşərsə, bölgədə heç nə əvvəlki kimi olmayacaq.
Elə də oldu.
Qarabağ zəfəri sadəcə hərbi qələbə deyildi.
Bir millətin şahlanması idi.
Türk dünyasının özünə inamını geri qaytarması idi.
Azərbaycan təkcə torpağını almadı.
Psixoloji üstünlüyü aldı.
Geosiyasi təşəbbüsü aldı.
Oyunun açarını aldı.
Bu gün Bakı artıq xəritədə adi paytaxt deyil.
Bakı siyasi mərkəzdir.
Strateji qərargahdır.
Türk coğrafiyasının beynidir.

media-a6c88547-5865-4289-8186-5d78694afa67

Ən maraqlısı nədir bilirsiniz?
İllərlə Türk dünyasının arasına sərhəd çəkənlər indi panika yaşayır.
Çünki əlaqələr güclənir.
Ortaq ordu müzakirə olunur.
Ortaq iqtisadiyyat böyüyür.
Zəngəzur dəhlizi reallığa çevrilir.
Enerji xətləri Türk dünyasını birləşdirir.
Yəni Turan artıq şeir-şüar deyil.
Və Qərb bunu görür.
Ona görə bəzi Avropa mərkəzləri gecə-gündüz Azərbaycan əleyhinə kampaniya aparır.
Onların erməni sevgisi də bəhanədir.
Əsl problem başqadır.
Onlar Azərbaycanın güclənməsindən qorxurlar.
Türk dünyasının yaxınlaşmasından qorxurlar.
Bakının regional liderə çevrilməsindən qorxurlar.
Çünki illərlə öyrəşmişdilər:
Parçalanmış Türk coğrafiyası.
Bir-birinə uzaq düşmüş dövlətlər.
Bir-biri ilə əlaqəsi zəif olan xalqlar.
İndi isə başqa mənzərə var.
Ankara danışır, Bakı dəstək verir.
Bakı addım atır, Türküstan izləyir.
Türk Dövlətləri Təşkilatı artıq protokol şəkli çəkdirən qurum deyil.
Geosiyasi gücdür.
Ən çox da buna dəli olurlar.
Çünki Azərbaycan artıq idarə olunan ölkə deyil.
İdarə edən ölkədir.
İlham Əliyevin “Bizim ailəmiz Türk Dünyasıdır” cümləsi siyasi mövqedir.
Mesajdır.
Xəbərdarlıqdır.
Və ən çox qorxduqları şey budur:
Türk dünyası artıq oyanıb…
Məncə də, qorxunun əcələ çox da faydası yoxdur.
Qorxmayın, titrəyin…

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05