“Turan Tovuz” komandası Misli Premyer Liqasının XVI turunda “Şamaxı” ilə keçirəcəyi oyundan öncə fərqli dizaynda poster hazırlayıb.
Klubdan Yenicag.az-a verilən məlumata görə, qərb təmsilçisi üzərində Denis Marandiçinin şəkilləri yer alan afişalar hazırlayaraq oyundan əvvəl şəhərdə insanların sıx olduğu müxtəlif yerlərə vurublar.
“Şamaxı” ilə matçın biletlərini satışa çıxaran klub şəhər və ətraf kəndlərə 100-dən artıq afişa yerləşdirib.
Qeyd edək ki, D.Marandiçi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Sabah”la keçirilən oyununda ayağından ciddi zədə alıb.
www.yenicag.az