Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) 7 üzvü PKK-nın Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanla görüş keçirib.
Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, terror təşkilatı lideri Abdullah Öcalanla görüşən DEM Partiyasının heyəti İmralı adasındakı görüşdən sonra açıqlama verib.
Öcalan mesajında “Mən tərksilah çağırışı edirəm və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm” ifadələrdən istifadə edib. Öcalanın açıqlamasından əvvəl terror təşkilatı liderinin İmralı adasında çəkilmiş son fotosu paylaşılıb.
Öcalanın mesajı ilk olaraq kürdcə oxunub.
www.yenicag.az