Türkiyədən yenidən quş əti gətiriləcək

media-hightechnic-468x90

94388_res_01Azərbaycan tərəfinin Türkiyədən quş əti almasına qoyduğu məhdudiyyətlər yaxın günlərdə aradan qaldırılacaq. Artıq bununla bağlı tərəflər arasında danışıqlara başlanılıb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Beyaz Et Sanayicileri ve Damızlıkçıları Birliği Derneği”nin rəhbəri Səit Koca məlumat verib.

Səit Koca bildirib ki, Azərbaycandan sonra İraq da “quş qripi” səbəbi ilə Türkiyədən toyuq əti alınmasına məhdudiyyət qoyub: “Azərbaycan tərəfi vəziyyəti yanlış qiymətləndirib. Bir-iki günə problem aradan qaldırılacaq. İraq tərəfi ilə də danışıqlar aparılır. Yəqin ki, yaxın günlərdə Türkiyədən məhsul alınacaq”.

Qeyd edək ki, Türkiyədə Bandırma bölgəsində “quş qripi” müəyyən edilməsinin ardından 16 min toyuq satışdan yığışdırılıb. Bundan sonra Kocaelinin daha bir kəndində virus aşkarlanıb. “Quş qripi” virusu aşkarlanmış bölgələrdə karantin elan edilib.

Onu da xatırladaq ki, Türkiyə ərazisində yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova 5 may, 2015-ci il tarixli 27/S-03 saylı sərəncamla ölkənin 12 bölgəsindən quş əti gətirilməsinə məhdudiyyətlər qoyub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti isə bu gün “quş qripi” ilə bağlı daha bir açıqlama yayıb. Qurumdan virtualaz.org saytına bildiriblər ki, mayın 4-dən başlayan monitorinqlərdə quş qripi virusuna yoluxma aşkarlanmayıb.

Buna baxmayaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinə müraciət edib. Müraciətdə deyilir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları tam qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməməlidir. Növbəti monitorinqlər iyunun 1-də olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600