“Türküstan” 9-cu ilinə qədəm qoydu

media-hightechnic-468x90

llllllllllllAqil Camal: ““Yola davam!” deməklə yanaşı, bizimlə eyni ideoloji düşüncəni bölüşən soydaşlarımızın milli həssasiyyətinə, oxucu diqqətinə sığınırıq”

Bu gün “Türküstan” qəzetinin nəşrə başlamasından 8 il ötür. İlk sayı 2006-ci ilin 11 iyununda işıq üzü görən qəzet davamlı olaraq hər həftənin bazar günü oxucularının görüşünə gəlir.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Modern.az saytına bildirib ki, ötən 8 ildə şüar seçdikləri “Adımız məfkurəmizdir” prinsipinə əməl etməyə çalışıblar: “Buna nə qədər nail olduğumuzu isə yəqin ki, oxucularımız deyə bilər. “Türküstan” qəzeti milli mətbuat ənənələrinin, maarifçilik missiyasının davam etdirilməsini, milli maraqların müdafiəsini hər zaman fəaliyyətində əsas prinsiplər olaraq qəbul edib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Türk ölkələri və toplumları arasında inteqrasiya, Güney Azərbaycan problermi, Bütöv Azərbaycan idealı, ölkəmizdə xaricdən yönləndirilməyə çalışılan etnik bölücülük və dini ekstremizm kimi meyllərə qarşı mübarizə qəzetimizin əsasını xəttini təşkil edir”.

Baş redaktor deyir ki, “Türküstan”ın nəşrini davam etdirməsində KİVDF-nin qəzetin layihələrimizə ayırdığı maliyyə dəstəyinin xüsusi yeri var. Bununla belə, həm KİVDF-dən, həm də qəzet satışından əldə edilən maliyyə vəsaiti “Türküstan”ın yaşaması üçün yetərli deyil: “Qəzetimiz kommersiya məqsədli olmadığı, ideoloji xətti apardığı üçün özünü maddi baxımdan təmin etməsi qeyri-mümkündür. Bu baxımdan, artıq 8 ili böyük çətinliklər hesabına arxada qoyan qəzetimiz “Yola davam!” deməklə yanaşı, bizimlə eyni ideoloji düşüncəni bölüşən soydaşlarımızın milli həssasiyyətinə, oxucu diqqətinə sığınırıq”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600