“Tüstülənən erməni helikopteri növbəti siqnallardandır … “

media-hightechnic-468x90

загруженное (13)Demokratik Azərbaycan Naminə İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud ön cəbhədə Azərbaycan ordusunun mövqelərinə hücum etməyə çalışan düşmən helkopterinin vurulması hadisəsinə ABŞ və Aİ-nın verdiyi reaksiyaya münasibət bildirib. O, özünün facebook hesabında belə yazıb:

“Aylardı BMT-nin, ATƏT-in, eləcə də Avropa Ittifaqının da tanıdıgı dövlət sərhədlərimizin daxilində sərbəst hərəkət etmək hüququndan yararlanan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsiylə bağlı çənəsini tərpətməyə belə ehtiyac görməyən beynəxlaq təşkilatların təmsilçiləri bu gün “Bütün tərəflərin dözüm nümayiş etdirməsi, vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkət və ya bəyanatlardan çəkinməsi vacibdir” deyə bəyanat verirlər. Bir həyasız mövqe də ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki tərəfindən səsləndirilib. O özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun “özünümüdafiə qüvvələrinə” məxsus hərbi helikopterin vurulmasından narahatlığını bildirib.
Olmazmı ki, nəhayət qəbul etdikləri tarixdən tapdamaqda davam etdikləri beynəlxalq hüququ ayaqlarının altından götürüb

“Vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkət və ya bəyanatlardan çəkinilməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərindən dərhal çıxarılması vacibdir” desinlər?! Bunu sizlərdən gözləyən milyonlar var cənablar. Bir insanın, hətda heyvanın hüquqlarının qorunması üçün məhkəmə quran çoxsaylı dünya ölkələrinin riyakarlıqlarının dünyada hansı fəsadlara gətirib çıxardığını görmürlərmi?
Avropa İttifaqının, yaxud ABŞ-ın hava sərhədlərini pozanlara qarşı atacağı heç kimdə şübhə doğurmayan addımı başqalarına yasaqlamaq cəhdi artıq çox uğursuz görünür.
Azərbaycanın beynəlxalq aləmdə milli mənafelərinin müdafiəsi istiqamətində atdığı addımlarda nə qədər qərarlı olmasını bütün beynəlxalq təşkilatlar zaman ötdükcə daha aydın şəkildə izləyə bilirlər. Cənubi Qafqaz iqtisadiyyatının 75%-dən çoxuna sahib olan, hərbi büdcəsini illərdir artırmaqda davam edən ölkəmizin süh danışıqlarından real nəticələr tələb etməsi ilə bağlı çağırışlarında israrlılığı 2014-cü ilin iyul-avqust aylarında ön cəbhədə baş verən döyüş əməliyyatlarında tam çılpaqlığı ilə və sərt formada özünü bir daha göstərmişdisə, hazırki hadisə bunun təsadüf olmadığını nümayiş etdirmiş oldu.
Ölkəmizin Xarici İşlər Nazirliyinin hər iki hadisəylə bağlı ifadə etdiyi rəsmi mövqeyin ordumuzun atəşi kimi sərrast olması da necə deyərlər bir daha diqqəti problemin episentrinə – Ermənistanın işğalçılıq siyasətinə yönəltdi.
Ya ədalət “carçıları” hüquqları kobud şəkildə pozulan yüzminlərlə azərbaycanlının haqqını etiraf edərək, doğrunu deyəcəklər, ya da əmin olmalıdırlar ki, haqqı, hüququ cəbhədə ön mövqelərdə Azərbaycan əsgərinin silahının səsindən eşidəcəklər… Tüstülənən erməni (?) helikopteri isə başlanğıc deyil, növbəti siqnallardandır …
O müqəddəs başlanğıc gününü isə müəyyən edəcək bir şəxs var, cənab prezident, ali baş komandan İlham ƏLİYEV!”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600