UEFA “Benfika”nı cərimələyib.
Yenicag.az xəbər verir ki, bu məlumatı qurumun rəsmi saytı yayıb. Buna Lissabon təmsilçisinin Fransada “Tuluza” ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub.
Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. “Benfika” buna görə 20000 avro ödəyəcək.
Klub stadiona ziyan dəydiyi üçün əlavə 8000 avro verməli olacaq.
www.yenicag.az