!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vaqif Əsədovdan Nura Suri açıqlaması: "...cəzasız qalmayacaq"

!Reklam – Yazi

Tanınmış müğənni Nura Surinin “Porsche” markalı avtomobili Dövlət Statistika Komitəsinin qarşısından cərimə meydançasına aparılıb.

Buna səbəb maşının qadağan olunan yerdə saxlanılması  olub. Bu barədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva saytımıza açıqlamasında deyib. Onun sözlərinə görə, Nura Suri cərimə meydançasından avtomobilini bir qəpik ödəmədən çıxarıb:

“Mən taksi ilə Tbilisi prospektində yerləşən cərimə meydançasına getdim. Gördüm ki, arxamca Nura Suri də gəldi. Onda zarafatyana dedim ki, Nura xanım, deyəsən “qaişnik”lərin pulu qurtarıb. O da qayıtdı ki, nə pul? Bir qəpik də ödəmədən buradan çıxıb gedəcəm. Bir də gördüm ki, şlaqbaum açıldı, Nura Suri də maşını sürətlə sürüb getdi. Mən isə yerindəcə  evakuatora görə 20 manat ödədim. Maşına görə kəsilən 20 manat cəriməni isə banka ödəyəcəm”.

Məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxladıq. O,

Yenicag.az-a açıqlamasında faktın araşdırıldığını deyib:

“Kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Dəxli yoxdur, bu şəxs ya müğənni olsun, ya da qeyri-peşə sahibi…. Qanun hər kəs üçün keçərlidir”.

Qeyd edək ki, Nura Suri “facebook” səhifəsi vasitəsi ilə açıqlama yayaraq, belə bir hadisənin baş vermədiyini deyib.

Cəvahir

COP29

www.yenicag.az

7643
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv