Vəzifəli şəxs cərimələndi – 2500 manat – Yenicag.Az

Reklam

Reklam

Bakıda atmosfer havasını çirkləndirən ASC-nin cavabdeh şəxsi cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında fəaliyyət göstərən Bakı Fəhləsi Maşınqayırma Törəmə ASC-nin şüşə-boru sexi atmosfer havasını çirkləndirdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, ASC-nin cavabdeh şəxsi İskəndər Əliyev İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, ETSN-nin “Qaynar xətt”inə Anaşkin küçəsi 27 ünvanında tozun və qoxunun olması ilə bağlı daxil olan şikayətlə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügedən ərazidə monitorinq aparılıb. Monitorinqlərin nəticələrinə görə atmosfer havasında olan tozun, səs-küyün sanitar norma həddini keçdiyi məlum olub. Atmosfer havasından götürülən nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə isə etil-benzolun 10, meta-ksilolun 2,1, orta-ksilolun 1,1 dəfə normadan artıq olduğu müəyyən edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1281
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."