“Vicdan haqqı” serialında Dilarə obrazını Bakı Musiqi Akademiyasının əməkdaşı vokalist Aygün Zeynalovanın canlandırması tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Bir çox tamaşaçılar əvvəllər Dilarə obrazını canlandıran, əməkdar Kəmalə Müzəffərin serialdan getməsini heç də müsbət qarşılamayıb. Elə K.Müzəffərlinin özü də serialdakı dəyişiklikdən sarsıntı keçirərək, xəstəxanalıq olub.
Serialın rejissoru Rövşən İsaxla əlaqə saxladıq.
Yenicag.az-a açıqlama verən rejissor hansı səbəbdən Dilarə obrazını canlandıran aktrisaları dəyişməsi ilə bağlı bunları dedi:
“Köhnə palan içi tökmək istəmirəm. Dilarə obrazını canlandıran əvvəlki aktrisa ilə sözümüz alınmadı, serialdan getdi, Allah işini avand eləsin. O, getdi, onu başqa aktrisa ilə əvəz etdik. Mən onun serialdan niyə getməsi barədə, ümumiyyətlə o qadın haqqında danışmaq istəmirəm, mənə yaraşmaz. Serialın daha maraqlı, səliqəli və səviyyəli şəkildə davam etməsini təmin etmək üçün Dilarəni başqa aktrisa ilə əvəz etdim. İnsanların fikirləri mənə maraqlı deyil. Nə istəyirlər danışsınlar. Kimsə düşünə bilər ki, serial maraqsızdır, bu, məni qətiyyən maraqlandırmır. Onların sosial şəbəkədə nə yazdıqları da məni maraqlandırmır, o yazılanları oxumuram da. Mən heç nədən qorxmuram. Öz işimi görürəm”.
Cəvahir
www.yenicag.az