Vüsalə İFŞA ETDİ: “Toy məclisləri onların monopoliyasındadır”
“Təşkilatçılar toy məclislərini monopoliyaya alıblar. 3-5 nəfər təşkilatçı var ki, konkret siyahı ilə işləyirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Kərimova “Pərvizə görə” verilişində deyib.
O, toy məclislərinin təşkilatçılar tərəfindən monopoliyaya alındığını, hər müğənni və aparıcının oraya yaxın buraxılmadığını təəssüf hissi ilə bildirib:
“Təşkilatçılar toy məclislərini monopoliyaya alıblar. 3-5 nəfər təşkilatçı var ki, konkret siyahı ilə işləyirlər. Restoranlar belə monopoliyadır və özlərinin xüsusi siyahısında olan adamlarla çalışırlar. Bir aparıcı ilə danışdım, dedi ki, 3 min məbləğə məclisə gedirsə, təşkilatçı 3.500 danışır, 500 manatı özünə çatır. Bu, əslində, normal bir haldır. Mənə o maraqlı gəlir ki, bu 300-500-ü biz verə bilmərik ki? Axı niyə siyahınızı 1-2 aparıcı ilə məhdudlaşdırırsınız, digər aparıcılar da var axı…”
Nehru