Xaləddin İsgəndərov Elşad Abdullayevi dəstəkləyir?
Vətəninfo.az adını açıqlamayan mənbənin elektron ünvanımıza Binəqədi rayon İcra hakimiyyətinin şöbə müdiri,eyni zamanda da YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov haqqında,eyni zamanda Binqədi DSK-nın sədri Həsən Bayramov və rayon Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramov haqqında göndərdiyi məlumatların dərcindən sonra. Binəqdi RİH-də maraqlı hadisələrin baş verdiyi haqqında redaksiyamıza əlavə məlumatlar daxil olmaqdadır.
Adını açıqlamayan məlumatlı mənbənin iddiasına görə, yayımlanan iddialar dolu məlumatlara qədər Binəqdi RİH-nin başçısı Xaləddin İsgəndərov Elşad Abdullayevin adamlarını və “Nurçu”ları bir növ dəstəkləyən kimi görünürmüş. Yəni İH-nin başçısı bu qüvvələrin fəaliyyətindən razı imiş.
Mənbənin məlumatına görə, ancaq Ramiz Göyüşov, Həsən Bayramov və oğlu Qüdsi Bayramov haqqında iddialar dolu məlumatların dərcindən sonra, Xaləddin İsgəndərov əlini bu şəxslərin üstündən çəkib.
Mənbənin elektron ünvanımıza göndərdiyi məlumatda vurğulayır ki, bildiyi kimi Elşad Abdullayev Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevə qarşı şər və böhtan dolu qara yaxmalıqla məşğul olub.
“Binəqədi rayon İH-nin başçısı Xaləddin İsgəndərov da Elşad Abdullayevin adamlarını dəstəkləməklə bir növ dövlətə qarşı şıxmaq curəti almışdı.Bildiyimiz kimi Binəqədi RİH-nin başçısı Vergiler Naziri Fazil Məmmədovun kürəkənidir və İH-nin başçısı da Fazil Məmmədovdan məsləhət almadan heç bir addım atmır. Görünür ki, Fazil Məmmədov da razi olub ki, E. Abdullayevin adamlarını və “Nurçu”ları X.İagəndərov dəstəkləsin”.
Adını açıqlamayan mənbənin iddiasına görə, Ramiz Göyüşov, Həsən Bayramov və DSK sədrinin oğlu Qüdsi Bayramov, eyni zamanda Binəqədi RİH-də toplanan “Nurçu” olduqları iddia edilən digər şəxslərlə bağlı məlumatların dərcindən sonra, Xaləddin İsgəndərova onun icra başçısı olmasında dəstək olanlar göstəriş veriblər ki, məhz bu şəxslərə verdiyi dəstəyi dayandırsın.
Adını açıqlamayan mənbənin iddiasına görə, Fazil Məmmədov razı olmaz ki,onun qohumu “Nurçu”ları və Elşad Abdullayevin adamlarını dəstəkləsin.
Mənbə elektron ünvanımıza göndərdiyi məlumatda daha bir iddia irəli sürərək bildirir ki, Ramiz göyüşov və Həsən Bayramov və oğlu Qüdsi bayramova ən böyük dəstəyi Milli Məclisin üzvü Məlahət İbrahimqız verir.
Adını açıqlamayan mənbənin iddiasına görə, Ramiz Goyüşovun oğlunun toyunda da çox aktiv ishtirak eden Məlahət İbrahimqızı və Hacı Madər Musayev (Elşad Abdullayevin ən yaxın dostlarından olan) olub.
Mənbənin iddiasına görə, Ramiz Göyüşov Madər Musayevin dəstəyi ilə Binqədi rayonunda İcra başçısı olmaq üçün çalışır. Mənbə elektron ünvanımıza göndərdiyi məlumatda iddia edirki,Madər Musayev neçə ildir ki, çalışır ki, Binəqədi rayonunda məhz onun adamı icra başçısı olsun.
“Ona görə də Ramiz Göyüşovun tutduğu vəzifələri (YAP Binəqədi rayon təşkilatının sədri, İH-də şöbə müdiri vəzifəsi) və s Madər Musayevin işinə lap kömək etmiş kimi bir şeydi. O da bütün variantlardan istifadə edib Ramiz Göyüşovu basic gətirmək niyyətindədir”.
Mənbə göndərdiyi məlumatda daha bir iddia irəli sürür və bəyan edir ki, bu gün Binəqədi kəndlərində İH-nin başçısı Xaləddin İsgəndərova qarşı “Qara piar” aparılmaqdadır.
Aparılan kompaniyanın əsas xəttinin isə əhaliyə divan tutularaq fərdi evlərin tikintisində alınan pullar qabardılır. Mənbə iddia edir ki, aparılan kompaniya zamanı istifadə edilən şəxslər Xaləddin İsgəndərova baxanda sabiq başçı Alı Qocayevin ölənlərinə rəhmət belə edilir.
Ardı var…
Redaksiyadan: Elektron ünvanımıza adını açıqlamayan mənbənin gönədərdiyi məlumatda iddia edilənlərlə bağlı qarşı tərfində mövqeyini dərc etməyə hazırıq.