Xalq artisti: “Mən ayda 500, o "ətli-canlılar" günə 15 min qazanır”

media-hightechnic-468x90

“Mən bütün günü əlləşirəm, vuruşuram, ayın axırında 500-600 manatı güclə alıram; onlar isə bir toydan 15 min manat qazanc götürürlər”.

media-banner_tkm

Bu sözləri Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.

Sənətkar səsi və istedadı olmayan müğənniləri yüksək qonorarla toyuna dəvət edən insanları kəskin şəkildə qınayıb:

“Onların nə səsi var, nə də sənəti. Ora-burasını dartdırır, şişirdir, kəsib-doğratdırır, sonra da efirə çıxıb “klient” tuturlar. Televiziyalar da pul müqabilində onları reklam edirlər. Xalqın mənəviyyatını korlayanlar məhz belələridir. Əvvəllər Bakı məhəllələri var idi axşamçağı arvadlar küçəyə yığışıb onun-bunun dalınca qeybət qırırdılar. İndi televiziyaları da döndəriblər qeybətxanaya. Arada da səsi-avazı olmayan bir saqqallı oğlan, ya da ətli-canlı bir xanım düşür ortaya, fırlana-fırlana gic-gic şeylər oxuyur.

Mən bütün günü əlləşirəm, vuruşuram, ayın axırında 500-600 manatı güclə alıram, onlar bir toydan 15 min qazanc götürürlər. Bahalı maşınlarda gəzir, villalarda yaşayırlar. Bu pulu onlara kim verir? Bu xalq! Mənim bu millətə yazığım gəlir zülümlə pul qazanır, qazandıqlarını da aparıb verirlər küçədən efirə doluşan o “ətli-canlı” arvadlara”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05