Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xalq artisti oğlu ilə bağlı gizli fakt açıqladı: “Buna icazə vermədim”

Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov oğlu ilə bağlı maraqlı fakt açıqlayıb.

Yenicag.az-a açıqlama verən xalq artisti illər öncə övladının aktyor olmasına etiraz etdiyini bildirib:

“Nə övladlarım, nə də nəvələrim sənətimi davam etdirmədi. Özüm icazə vermədim. Çünki aktyorluq çətin, əzab-əziyyətli peşədir. Ya gərək yaxşı aktyor olasan, ya da bu sənəti seçməyəsən. Çünki əks halda, ortalıqda qala bilərsən.

Böyük oğlum Eldar uşaq olanda mənimlə bərabər bir neçə filmə çəkildi. Onuncu sinifdə olanda Eldar Quliyev zəng elədi ki, oğlunu Nizami filminə çəkmək istəyirəm, Məcnun roluna. Gəldim evə, həyat yoldaşımla məsləhətləşdik. Qərara aldıq ki, Eldar başqa sənətin arxasınca getsin. Eldar Quliyevə zəng edib, etirazımı bildirdim. Dedim ki, oğlum onuncu sinifdə oxuyur, qəbul imtahanlarına hazırlaşır. O mənə cavabında dedi ki, oğlunu Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna düzəldərəm. Razı olmadım. Çünki oğlumun bu sənətin arxasınca getməsini istəmirdim. Fikrimi oğluma bildirdim və o da sözümdən çıxmadı. İnşaat İnstitutuna qəbul olundu. Nəvələrimin də bu sənətin ardınca getmələrinə razı olmadım”.

Cəvahir

www.yenicag.az

3559
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS