!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Oğluma qohum qız almaq istəyirdim, amma…” - FOTOLAR

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktrisa Həmidə Ömərova qayınana olmaq arzusundan danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa yeganə övladı Rəhimi qohum qızla evləndirmək istədiyini, lakin oğlunun ona qarşı çıxdığını bildirib:

“İndiki gənclərə söz dedikcə, əksini edirlər. Oğlum da belədir, valideyn təzyiqini qəbul etmir. Deyirəm evlən, deyir ki, evlənmirəm. Buna görə də son vaxtlar onu boş buraxmışam ki, bəlkə insafa gələ. İstəyirdim qohum qızla evləndirim, oğlum istəmədi. Amma indi oğlum kimi sevsə, qəbul etsə, gəlinim olacaq, təki evlənsin. Onun zövqünü də bilirəm”.

Aktrisa oğlunu evləndirdikdən sonra, ayrı yaşayacaqlarını da deyib:

“İstəməzdim bir evdə yaşayaq. Aralarında konflikt olsa, istəmirəm ki, ata-ananın müdaxiləsi olsun. Özləri həll etsinlər. Təbii ki, valideynin də nəzarəti olmalıdır”.

Xalq artisti oğlunun sirlərini ondan gizlətdiyini də etiraf edib:

“Sevdiyi qız var, yoxdur, bilmirəm, sirrlərini məndən gizlədir. Adətən, övlad özünə daha çox fikir verəndə, ana ondan şübhələnir ki, yəqin kimisə sevir. Amma mənim oğlum həmişə özünə fikir verdiyi üçün şübhələnə bilmirəm”.

Cəvahir

COP29

www.yenicag.az

6386
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv