Xalq artistinin oğlu Çexiyada şirkət açdı

media-hightechnic-468x90

скачанные файлыÇexiyaya məxsus “CzechConstructionService” MMC adlı tikinti şirkəti Azərbaycanda nümayəndəlik açıb.

Bu barədə Vergilər Nazirliyindən xəbər verilib.

Şirkətin qanuni təmsilçisi Anar Eldar oğlu Mansurovdur. Nümayəndəlik Bakının Yasamal rayonu, Tbilisi prospekti ev 49C ünvanında yerləşir.

MMC cari ilin dekabrın 4-də dövlət qeydiyyatına alınıb.

“APA-Economics”in araşdırması nəticəsində məlum olub ki, Anar Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Ülvi Mansurovun qardaşıdır. Bundan başqa, Çexiya internet resurslarında qeyd edilib ki, şirkətin tərəfdaşı Azərbaycan Beynəlxalq Bankıdır.

Onu da qeyd edək ki, Ülvi və Anar qardaşları xalq artisti, bəstəkar Eldar Mansurovun övladlarıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa