Xərçəngin və insultun dərmanı nədir?

media-hightechnic-468x90

jijokBolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır.

Bolqar bibərini mümkün qədər çox yeməyi məsləhət görən alimlər bildirirlər ki, tərəvəzin ətli hissəsi mikroelementlərin və faydalı maddələrin tərkibinə və kombinasiyasına görə unikaldı. Bu xassələrinə görə bibər xərçəng xəstəliklərindən ən yaxşı qoruyucu vasitədir. Üstəlik, sinir sisteminə də yaxşı təsir göstərir.

Mətbəxdə bolqar bibərindən geniş istifadə olunması orqanizmi stressə davamlı edir, insanda həyəcan, narahatlıq və təşviş hissinə meyli zəiflədir. Bunu tərəvəzin tərkibində “xoşbəxtlik hormonu”nun, başqa sözlə, bibərin aromatik maddələrinin əmələ gətirdiyi endorfinlərin olması ilə izah edirlər.

Bibər artrit və başağrısında faydalı olan kapsaitsinlər, yod, fosfor, dəmir, silisium, kalium, kalsium, natrium və s. ilə də zəngindi.

Alimlər bildirirlər ki, hər gün şirin bibər yemək insultun yaranması riskini yarıya qədər azaldır. Tərəvəzin ətli hissəsində olan B6 və B9 vitaminləri damarların qocalmasını ləngidir. Şirin bibər ateroskleroz düyünləri də xeyli azaldır. Onun qocalma prosesini ləngidən antioksidantların olması xüsusi əhəmiyyət daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600