“Xəzər” televiziyasının tanınmış aparıcısı Zaur Kamalın xəstəxanaya çatdırılması ilə bağlı xəbər yayılıb.
Xəbərlə bağlı aparıcı ilə əlaqə saxladıq, o, Yeniçağ.az-a açıqlamasında bu sözləri dedi:
“Hazırda iş başındayam, hər şey yaxşıdır”
Qeyd edək ki, aparıcının ötən həftə Türkiyədə verilişinin çəkilişləri zamanı halı pisləşib və həkim müdaxiləsindən sonra səhhəti yaxşılaşıb. Bu barədə aparıcı özü dünən gecə verilişində açıqlama verib. Hətta zarafatından da qalmayıb: “Mənə deyəsən göz dəydi”.
Cəvahir Səlimqızı
Yeniçağ.az
www.yenicag.az