Bakıda yaşayış binasında yanğın olub.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin bir otağının və eyvanının yanar konstruksiyaları 16 m² sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə və pilləkən qəfəsində ümumi sahəsi 2 m² olan köməkçi tikili yanıb.
Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.yenicag.az