!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəzər Lənkəran”ın əziz xatirəsinə…

!Reklam – Yazi

Azərbaycan futbolu cənubdan doğan günəşlə yeni-yeni isinirdi ki, qara buludları kabinetlərdən idarə edən qüvvələr “Xəzər Lənkəran”ın üzərinə dolu yağdırdılar. 2 il öncə AFFA-nın binasından “Xəzər Lənkəran”ın qapısına təyin edilən penaltiylə hər şeyi məhv oldu. Əslində “Rəvan”ın lehinə penalti fitini səsləndirən qarşılaşmanın baş hakimi Ramil Diniyevi də qınamıram. O kimdir ki? Sadəcə, əmr qulu, deyiblər verməlisən, o da “çerez” Xaqani Məmmədov “otkaz” eləməyib.

Adını da qoydular ki, guya Mübariz Mənsimov devalvasiyadan sonra müflis olub, bu səbəbdən “Xəzər Lənkəran”a pul ayırmaq istəmir. Amma zamanla gördük ki, problem parada deyil, parazitlərdədir. Sağlığına qismət, Mənsimovun qazanı əvvəlki kimi qaynayır, bundan özü də, kasıb-kusub da, həmyerlilərimiz də öz payını götürür. Sadəcə, Mənsimov futbolu yox, öz ciblərini, şəxsi mənafelərini güdənlərin bayrağı altında olmaq istəmədi. Məsələ bu qədər sadədi, cənablar. Zamanla gördük ki, Mənsimovun özü də sahibi olduğu gəmilərin kapitanları kimi uzaqgörən biri imiş.

İndi isə kabinetlərdə oturub 5-10 manat qonorar alan hakimlərə penalti əmrini verənlər şəffaflıqdan danışır, UEFA-dan gələn siqnalla oyun alqı-satqısı ilə bağlı guya mübarizə aparırlar. Elxan Məmmədov da çıxıb danıışır ki, Azərbaycan futbolunu viruslardan-filan təmizləməliyik zad. Ta demir ki, bu virusu ətrafa yayan, Azərbaycan futbolunun anasını ağlar qoyan özləridir.

Qalıblar 8 komandaları çempionatın əlində. Sən Allah, bir mənzərəyə bax. Mövsümün son turudur – “Kəpəz” AFFA-nın pulu ilə Gəncəyə avtobus tutub gedib, “Neftçi” ilə oynayır. Hansı ki, bu klubun da prezidenti Kamran Quliyevi də AFFA-dan göndəriblər.

“Xəzər Lənkəran”ın belini qırdıqları “Bayıl Arena”da isə AFFA rəhbərliyinin qohum-əqrabasının idarə etdiyi “Səbail”, yenə assosiasiyanın hesabına meydana çıxan “Keşlə”ni qəbul edir.

Prezidenti AFFA-dan göndərilən “Sumqayıt” da “Zirə” ilə qarşılaşır.

Birazdan qarşılaşmalar bitəcək, amma bu OYUN bitməyəcək…

“Xəzər Lənkəran”ın əziz xatirəsinə…

Emin Səfərov

 

COP29

www.yenicag.az

3220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv