Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xose Bernardonun bıçaqlanan qardaşının son halı - FOTO

Teleaparıcı Xose Bernardonun bıçaqlanan qardaşı 3 saylı şəhər xəstəxanasından paytaxtın özəl klinikalarından birinin kardioloji reanimasiya şöbəsinə köçürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bizimləsən”də məlumat verilib.

Bədəninin müxtəlif nahiyələrindən 15 bıçaq zərbəsi alan Rəfael Hüseynovun hazırda vəziyyətinin orta-ağır olduğu deyilir. Xose Bernardo qardaşının həyati təhlükəsinin olmadığını bildirib.

Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur. O, Rəfael Hüseynovun indiki həyat yoldaşının keçmiş əri olub.

Xose Bernardonun qardaşının xəstəxanadan son görüntüsünü təqdim edirik:

www.yenicag.az

615
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100