Yatdığı yerdə evin tavanı çökdü – Bakıda məcburi köçkünlərin həyat dramı – VİDEOREPORTAJ – Yenicag.Az

Reklam

Reklam

Bakının Buzovna qəsəbəsində yerləşən “Xəzər” sanatoriyasında vəziyyət olduqca acınacaqlıdır.

Yenicag.az xəbər verir ki, sanatoriyanın qəzalı vəziyyətdə olması burada məskunlaşan məcburi köçkünlərin həyatı üçün ciddi təhlükəyə çevrilib.

Ağdamdan məcburi köçkün düşən və uzun müddətdir burada məskunlaşan Vüqar Mürsülov və ailə üzvlərinin gecə yuxuda ikən yaşadığı mənzilin tavanının çökməsi təhlükənin ciddiliyindən xəbər verir.

Ailə üzvləri məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məlumat versə də, hadisəylə maraqlanan olmayıb.

Sözügedən mənzil yararsız vəziyyətə düşdüyündən Mürsülovlar ailəsi yaxınlarının evində gecələyir.

Qarışıq elektrik naqilləri, kanalizasiya sisteminin sıradan çıxması və içməli suya tələbat sözügedən sanatoriyada çoxsaylı problemlər sırasındadır.

Burada məskunlaşan məcburi köçkün bildirir ki, həftədə bir dəfə “Qaçqınkom” tərəfindən içməli su göndərilir. Lakin bu su hər dəfə istifadəyə yararlı olmur. Səbəb isə suyun duzlu olmasıdır.

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2618
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."