Yeni ailə quran cütlük Məkkədə-Fotolar

media-hightechnic-468x90

71517Ötən həftə həyatını jurnalist Erhan Çeliklə birləşdirən tanınmış türkiyəli müğənni Gülben Ergenin Həcc ziyarəti zamanı çəkilən fotoları yayılıb.Müğənni həyat yoldaşı ilə ziyarətə bal ayında gediblər.

Balayında zəvvar kimi Məkkəyə gedən cütlük dini ayinləri yerinə yetirərək Hacı adını zamanıb.

3 uşaq anası olan G.Ergen bal ayında Həccə getməsini tənqid edənlərə isə belə cavab verib:

“Şərh edənlər, ürək qıranlar, bundan zövq alanlar, xarici görünüşümə baxıb, gerçəyi unudanlar… Olduğum yerin adəti nədirsə geyimim ona uyğun olar… Ölkəmə qayıdanda ürəyim, nəfsim, nəfəsim dəyişməyəcək.
İhtişam, sonsuzluq, birlik, aydınlığa gidən yoldurmu bu? Nəyə baxsan onu görərsən”.

Qeyd edək ki, müğənni iki ildir görüşdüyü jurnalist sevgilisi ilə ötən həftə nigah masasına oturub.
Cütlük bundan öncə də Ümrə ziyarəti zamanı çəkilmiş fotosunu yaymışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600