Tanınmış prodüser Sultan Mustafayevlə əməkdar artist Abbas Bağırov arasında qalmaqal yaşanıb. A. Bağırovun Sultanı sosial şəbəkədə əngəlləməsi qarşı tərəfi özündən çıxarıb.
Yenicag.az-a açıqlama verən prodüser əməkdar artistin ünvanına sərt ittihamlar səsləndirib:
“Mən Abbas Bağırovla danışmıram. 2015-ci ildə Abbas mənim sevgilimi əlimdən aldı və indiyə qədər də onunla danışmıram. Eks-sevgilimin baş hərfi Z.dır, məşhur insandır. Abbas bir nəfərlə mənə ultimatum göndərib ki, səhifəmə girməsin, onu “blok”a atmışam. Belə cəhənnəmə at”.
Prodüser Abbasa çağırış edərək, onu hədələyib:
“Bakı balaca şəhərdir. Hamı bilir kim kimdir. Sən kimin hesabına bu gün varlı-pullu olmusan, məlumdur. Ağzını yum, otur yerində. Elə eləmə ki, “eks-aşkımın” adını və kimliyini açıqlayım”.
Cəvahir
www.yenicag.az