!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Youtube” istənilən istifadəçi hesabını bağlaya bilər

!Reklam – Yazi

Bu ilin yay fəslində bir sıra sərt qaydaların qüvvəyə minməsindən sonra “Youtube” videoservisdən istifadə siyasətini yeniləyib.

Yenicag.az xəbər verir ki, beləliklə gələn aydan başlayaraq videoservisdə yeni qaydalar qüvvəyə minəcək. Həmin qaydalara əsasən çox bəsit bir səbəbə görə istənilən istifadəçinin bu videoservisdəki istifadəçi hesabı bağlana bilər.

Qüvvəyə minəcək əsas qayda ondan ibarətdir ki, “Youtube” servisi “kommersiya məsələsi üzrə məqsədə uyğun olmayan” istifadəçi hesablarını bağlayacaq.

Nəzəri cəhətdən bu qayda ilə reklamlar vasitəsilə gəlir əldə etməyən istifadəçi hesablarının “Youtube”da bağlanması imkanını verir. Bura həmçinin kommersiya məqsədli elanların və bannerlərin bloklayıcılarından istifadə edən istifadəçi hesabları da daxildirlər.

Maraqlısı ondadır ki, hal hazırda olan istifadəçi razılaşması şərtlərində həmin bölmə yoxdur. Bu yeni qayda 10 dekabr tarixindən qüvvəyə minəcək.

COP29

www.yenicag.az

8169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv