Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YT Park cəbhədə döyüşənlərin ailələrinə yardım etdi

Yüksək Texnologiyalar Parkı (YT Park) bu dəfə hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşən, ərazi bütövlüyümüz bərpası üçün mübarizə aparan əməkdaşlarının ailələrinə yardım edib.

Yenicag.az xəbər verir ki, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda əks-hücum əməliyyatlarında könüllü iştirak edən YT Parkın 1 və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun 1 əməkdaşının ailəsinə müəssisənin rəhbərliyinin göstərişi ilə bir aylıq əməkhaqqı miqdarında maddi yardım olunub.

Qeyd edək ki, bundan öncə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu Milli Ordumuza dəstək təşəbbüsünə qoşulmuş, N saylı hərbi hissəyə çoxlu sayda tibbi ləvazimatlardan ibarət yardım etmişdir.

Növbəti dəfə isə torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlərdə iştirak edən, bizə qələbə sevincləri yaşadan əsgərlərimizə, Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələri və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərilmişdir.

YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumilikdə 40 000 manat məbləğində yardım göstərilmişdir.

www.yenicag.az

181