Zakir Həsənov Sloveniya parlamentinin sədri ilə görüşüb-Foto

media-hightechnic-468x90

17ef5cbd8f9a99ca97131a05b4cc00d0Sloveniyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin parlament sədri, doktor Milan Brqlez ilə görüşüb.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə iki ölkə arasında münasibətlərin getdikcə genişlənməsi və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. M. Brqlez dövlətlər arasında oxşar tarixin və bir sıra ümumi maraqların olduğunu əsas gətirərək qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyinə və birgə səylərin artırılacağına ümidvar olduğunu söyləyib. Onun sözlərinə görə, II Dünya müharibəsi illərində partizan hərəkatında iştirak edərək qəhrəmancasına həlak olan və Sloveniya torpağında dəfn edilən əfsanəvi Mehdi Hüseynzadə iki xalq arasında məhz həmin mənəvi körpünün əsasını təşkil edir.

Z. Həsənov öz növbəsində Azərbaycanın dəyərli qəhrəmanının xatirəsinə göstərilən ehtirama görə Sloveniya rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirərək Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın üzləşdiyi digər təhlükəsizlik məsələlərini də xüsusi olaraq diqqətə çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600