Zaqatalada evə şimşək düşüb, yanğın olub - FOTO

media-hightechnic-468x90

Zaqatalada fərdi yaşayış evini ildrım vurub.

Yenicag.az “Apa”ya istinadən xəbər verir ki , axşam saatlarında Zaqatala şəhəri ərazisində Həbib Muxtar oğlu Muxtarova məxsus, ümumi sahəsi 135 kv/m olan fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və mətbəxi qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən evdə hazırda yaşayış yoxdur. Ev sahibləri qonşu Rusiya Fedarasiyasında yaşayır. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın ildırım vurması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün axşam saat 17:00 radələrindən Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Şimşək çaxır, fasilələrlə qısamüdətli yağış yağır. Rayonun Pərzivan adlanan ərazisinə qısamüdətli dolu da düşüb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600