Zaurdan SƏRT REAKSİYA: “Deməli, o hörmətsizliyə layiqsən”

media-hightechnic-468x90

“Sənə edilən hörmətsizlikdən sonra o adama addım atırsansa, deməli, sən o hörmətsizliyə layiqsən”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zaur Baxşəliyev “Zaurla Günaydın” verilişində deyib.

O, özünə olunan pislikləri unutmadığını bildirib və idbarlığa, murdarlığa yaxşılıqla cavab verməyi özünə hörmətsizlik kimi dəyərləndirib:

“Elə adam var onu bağışlamasan, yaxına buraxmasan, yaxşıdır. Adama pislik edir, sonra da nə isə umur. Yadından çıxır ki, axı mən bir ay əvvəl idbarlığımla, ilanlığımla, murdarlığımla o adama pislik etmişəmsə, necə o adamdan uma bilərəm?!

Həmin yerdə ona bir addım atsam, mən özümü dünyanın ən pis xarakterli adam hesab edərəm, şəxsiyyətimə hörmətim olmaz. Sənə edilən hörmətsizlikdən sonra ona addım atırsansa, deməli, sən o hörmətsizliyə layiqsən. Addım atmamalısan. Mənim xarakterim, həyatım budur. Mən içimdə bilirəm ki, o insan necədir, mənə qarşı hansı pislikləri edib, edəcək və fürsət düşdükcə də edər. İdbarlığı, ilanlığı ilə mən ona necə addım ata bilərəm?”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600