Zeynəb LAĞA QOYDU: “Niyə qaşımı göyə qaldırım, burnumu…”

media-hightechnic-468x90

“Yalnız üzümə botoks etdirmişəm, başqa heç nə…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni “Xəzər axşamı” verilişində deyib.

Sənətçi plastik əməliyyatlara münasibətini bildirib:

“Nə vaxt qocalaram, üzüm qırış-qırış olar, onda mən də plastik, estetik əməliyyat etdirərəm. İndi buna heç ehtiyacım yoxdur. Plastik, estetik əməliyyata o zaman ehtiyac olar ki, səhnədə tamaşaçılara gözəl görünəsən. Amma indi ehtiyacım yoxdursa, niyə qaşımı qaldırım, burnumu kəsdirim?! Tamaşaçılar məni belə görür, belə istəyirlər?! Mən özümü belə istəyirəm. Çünki Allah məni belə yaradıb. Yalnız üzümə botoks etdirmişəm, başqa heç nə. Etdirsəm də, deyən adamam, niyə gizlədim ki?!”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600