24 aprel Minsk Qrupu ilə bağlı həqiqəti təsdiqlədi
Elxan Şahinoğlu: “Bununla Minsk qurpunun həmsədr ölkələri olaraq Fransa ilə Rusiya obyektiv və tərəfsiz mövqe sərgiləmək imkanlarını itirmiş olacaq”
24 apreldə qondarma soyqırımın 100 illik tədbirində iştirak etmək üçün Ermənistana gələcək dövlət başçıları arasında Fransa və Rusiyanın da dövlət başçıları olacaq. Ən azından Fransa prezidenti Ollandla Rusiya prezidenti Putin belə bir niyyətlərini ortaya qoyub. Fransa ilə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədr ölkələri olduğunu nəzərə alsaq, onların liderlərinin bu addımı istər-istəməz vasitəşilik missiyasını sual altına qoyur.
Politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, Ollandla Putin bəyan etdikləri kimi, İrəvanda keçiriləcək qondarma soyqırım tədbirinə qatılacaqsa, bununla Minsk qurpunun həmsədr ölkələri olaraq Fransa ilə Rusiya obyektiv və tərəfsiz mövqe sərgiləmək imkanlarını da itirmiş olacaqlar: “Onlar qondarma soyqırım tədbirinə qatılmaya da bilərdilər. Çünki bu məsələnin Azərbaycana da dəxli var. Həmin tədbir erməni lobbisinin tədbiridir. Erməni lobbisinə dəstək isə Ermənistana dəstək deməkdir. Ermənistana dəstək isə Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq deməkdir. Amma hər halda Fransa prezidenti İrəvandan Bakıya gələrək Qarabağ məsələsilə bağlı fikir mübadiləsi də aparacaq ki, balans pozulmasın. Lakin təəssüf ki, Rusiya prezidenti tərəfindən belə addım atılmayacaq, o dərmal Moskvaya qayıdır. Halbuki Putinin seçimi var idi. Putin Azərbaycan və Türkiyə ilə münasibətləri strateji adlandırırsa, gərək 24 apreldə İrəvanda olmaq niyyətindən vaz keçərdi. Ora getmək niyyətini ortaya qoymaqla isə Rusiya bölgədə məhz Ermənistana daha yaxın olduğunu bir daha təsdiqləyir”.
Elçin