40 nəfər saxlanıldı

media-hightechnic-468x90

21179Sentyabrın 25-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 69 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.

Bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Xəbərdə deyilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 40 nəfər tutulub(azərtac.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600