Abbas Abbasov “Azərros”dan qovulmasında kimi günahkar sayır? – Müraciət

media-hightechnic-468x90

 

48239Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir qrupu Abbas Abbasova etiraz müraciəti ünvanlayıblar. Yenicag.az-a daxil olan müraciətdə bildirilir ki, “Azərros” Federal Milli-Mədəni Muxtariyyətinin saytlarında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və səfirin müavini Qüdsi Osmanovun ünvanına böhtan dolu yazılar dərc olunub.

Həmin yazıların “Yelena Tulayeva” imzası ilə yazıldığı qeyd olunan müraciətdə yazıların sifarişçisinin Abbas Abbasov və “Azərros”un keçmiş sədri Asif Məhərrəmov olduğu vurğulanıb. Buna səbəb kimi isə saytların hələ də A. Abbasovun nəzarətində qalması göstərilib: ““Psevdojurnalist” Elena Tulaevaya gəldikdə isə, onu demək kifayət edər ki, həmin yazılara imza atdığına görə, nə Azərbaycan diasporu, nə də Rusiya ictimaiyyəti onu bağışlamayacaq. Çünki hamı o imzanın arxasında hansı kölgələrin dayandığını bilir”.

Diaspor üzvləri səfir Polad Bülbüloğlunun Rusiyada təkcə səfir kimi deyil, həm də ictimai və mədəniyyət xadimi kimi nüfuza malik olduğunu, Rusiyada yaşayan xalqlar tərəfindən sevildiyini qeyd ediblər. Sənəddə həmçinin səfir müavini Qüdsi Osmanovun hər zaman azərbaycanlıların bir-birilə sıx münasibət saxlamaları üçün çalışdığı, diplomat kimi xidmət göstərdiyi vurğulanıb: “Çunki hər kəsə gün kimi aydındır ki, Polad Bülbüloğlu Rusiyada yalnız səfir olduğuna görə deyil, böyük ictimai xadim olduğuna görə, Rusiyada yaşayan xalqlar tərəfindən sevilən və hörmət edilən şəxsiyyətdir. Azərbaycan səfirinin birinci müavini Qüdsi Osmanova gəlincə, Rusiyada Azərbaycan diasporunun təşəkkülü və möhkəmlənməsi üçün çalışan mübariz bir azərbaycanlı siyasi diplomatdır. O, qısa müddət ərzində Rusiyada yaşayan azərbaycanlılar arasında vətənpərvərliyi ilə nüfuz qazanmışdır.

Abbas Abbasov isə digər əlaltıları ilə birlikdə Rusiya Federasiyasının ictimai təşkilatı olan “Azərros”u özəlləşdirərək, əvvəllər polis orqanlarında işləmiş, ictimai işlərdə baçarığı olmayan, ozünün yaxın dostu və Azərbaycan xalqını görməyə gözü olmayan Asif Məhərrəmovu hələ də vəzifədə saxlamaq istəyir.

Bu məqamda onu qeyd etmek yerine düşər ki, Abbas Abbasov hər yerde vurğulayır ki, o Kremlin proyektidir və onun Rusiyadakı Azərbaycan dövlətinin əleyhinə olan fəalliyətini Kremlin sahibləri dəstəkləyir. Buradan da görünür ki, A.Abbasov Azərbaycanla Rusiya arasındakı strateji münasibətlərin pozulması və gərginləşməsinə çalışır”.

Müraciətdə qeyd olunub ki, təşkilatın fəalları və qurucuları buna mane olduqları üçün Abbasov indi kənarda “səbəbkar” axtarır: “O, Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən öz çirkin əməllərini həyata keçirmək üçün əl çəkmir. Artıq bunu Moskvada və bütün Rusiyada yaşayan hər bir azərbaycanlı bilir və onların hərəkətlərini pisləyir”.

Müraciətdə qeyd olunub ki, Rusiyada yaşayan azərbaycanlılar iki ölkə arasında münasibətlərin inkişafında həmişə maraqlı olublar və buna dəstək verməyə çalışıblar: “Abbas Abbasovun isə Rusiyadakı Azərbaycan diasporuna gəlməsi diasporun dağılmasına və parçalanmasına səbəb oldu”.

Müraciətdə Azərbaycan diplomatlarının “Azərros”a  məxsus saytlarda hədəf alınması pislənilib və bu kampaniyanın dayandırılması tələb edilib. Əks halda Abbas Abbasov və əlaltılarının barəsində hüquq çərçivəsində tədbir görülməsi üçün müraciət imzalayan təşkilatların hərəkətə keçəcəkləri bildirilib.

Müraciəti Rusiya Azərbaycanlılarının Federal-Mədəni Muxtariyatının Legitim Federal Şurasının üzvləri, “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyəti, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Azərbaycan Slavyan Gəncləri Assosasiyasının Rusiya Nümayəndəliyi imzalayıb.

Qeyd edək ki, Bu il yanvarın 17-də “Azərros” özünün növbədənkənar qurultayını keçirib. Qurultayda Asif Məhərrəmovun qurumun prezidentliyindən istefası barədə ərizəsi təsdiqlənib, həmçinin Abbas Abbasovun sədri olduğu Ağsaqqallar Şurası ləğv edilib. Lakin “Azərros”a məxsus saytlar hələ də Abbas Abbasovun nəzarətindədir.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600