Abdulla Gül Azərbaycana gəlir

media-hightechnic-468x90

f41f51cae6640c2d2c252bae840b0398Türkiyənin 11-ci prezidenti Abdulla Gül Bakıya səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, səfərin məqsədi Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Abdulla Gülün forumda “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub.

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaq.

Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidenti, dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcək(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600