!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da fırtına nəticəsində ölənlərin sayı artıb

!Reklam – Yazi

Hyustonda baş verən dağıdıcı fırtına nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Yenicag.az “Barrons” saytına istinadla xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti “EF-1” tornadosunun ABŞ-ın dördüncü ən böyük şəhərinin mərkəzində böyük dağıntılara səbəb olduğunu bildirib.

Məlumata görə, tornado zamanı iki orta məktəb şagirdi yaralanıb. Ümumilikdə 274 məktəbi olan Hyustonda 136 təhsil müəssisəsinin elektrik enerjisi kəsilib. Bölgədə 700 mindən çox insan hələ də işıqsız qalıb.

Hyuston meri Con Vaytmire şəhər üçün yerli fəlakət bəyannaməsi imzalayıb.

Qeyd edək ki, mayın əvvəlindən bəri şiddətli fırtına və daşqınlar Hyuston bölgəsində ciddi fəsadlara, o cümlədən məktəblərin bağlanmasına səbəb olub.

 

 

COP29

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv