ABŞ prezidenti Barak Obama Türkiyənin İncirlik Hərbi Hava Bazasına “A-10” və “F-15” tipli hərbi təyyarələrin göndərilməsi haqda əmr verib. SİA-nın verdiyi məlumata görə, ABŞ İŞİD-ə qarşı hərbi hava əməliyyatlarına qoşulması üçün Türkiyənin İncirlik Hərbi Hava Bazasına “A-10” və “F-15” tipli hərbi təyyarələrin göndərilməsi qərarına gəlib.
ABŞ ordusunun şəxsi qüvvətlərinə aid 50-yə yaxın əsgər İŞİD-lə mübarizəyə dəstək olmaq üçün Suriyanın şimalına göndərilib.
Barak Obama artıq hərbi təyyarələrin göndərilməsi ilə bağlı qərarı təsdiqləyib.
Obama İŞİD-lə mübarizə ilə bağlı bir çox qərar imzalayıb. Bu qərarlardan birinə əsasən ABŞ-ın xüsusi hərəkat birliyinə məxsus 50-yə yaxın hərbi məsləhətçisi İŞİD-ə qarşı mübarizə aparan qüvvələrə kömək etmək və hərbi təlim keçmək məqsədilə Suriyanın şimalına göndəriləcək.
Hazırda İraq ərazisinə əsgərlərə hərbi təlim keçmək üçün və ABŞ təsisatlarını qorumaq üçün 3 300 hərbi əsgər var.
www.yenicag.az