Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsinin qərarları açıqlanıb.
AFFA-dan Yenicag.az-a bildirilib ki, U-13 Qızlar Liqasının, “UGİM” (Naftalan) – “Gənclik UFK” oyununda “Gənclik UFK” komandasının heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün “Gənclik UFK” komandasına texniki məğlubiyyət verilir və hesab olduğu kimi saxlanılır (6-0).
Qərara əsasən, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununda “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilir (0-5). Oyunda “AzMİU” komandasının oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Fatih Demirdagın isə hakimi təhqir etdiyi və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Ayberkemre İnceoğlu da hakimə etiraz etdiyi, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Bundan başqa, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “U-19” – “Gənclik İK” arasında cavab oyununda “U-19” komandasının oyunçusu Şahmar Cəfərov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. “U-19” komandasının oyunçusu Ridan Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Həmçinin, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Red Line” – “Timsport” arasında cavab oyununda “Timsport” komandasının oyunçusu Məmmədov Ağasərdar qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
U-16 liqasının “Xilə” – “Mil-Muğan oyununda “Mil-Muğan” komandasının oyunçusu Saleh Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə 1 oyun cəzalanır.