Almaniyada dəmiryolçuların tətili ölkəyə baha başa gəldi
Almaniyada “Deutsche Bahn” dəmiryol konserninin əməkdaşlarının keçirdiyi tətil şirkətə 220 milyon avroya başa gəlib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən konsernin rəhbəri Ryudiqer Qrube əməkdaşları tətili dayandırmağa çağırıb:
“Mən sizdən tətili dayandırmağı xahiş edirəm. Bu, zaman və pul itkisidir. İşçilərin əvvəlki tətilləri konsernə 220 milyon avroya başa gəlib”.
Almaniyada 6 günlük növbəti tətil bu həftənin birinci günü başlayıb və işçilər onu şənbə gününədək davam etdirməyi planlaşdırırlar. Tətil nəqliyyat problemi ilə üzləşən milyonlarla insanların həyatına təsir edib.