“Amerika Ollandı Şərqə göndərir ki, …”

media-hightechnic-468x90

zz“Amerika bəzi Avropa ölkələrindən öz vassalları kimi istifadə edir. Amerika Fransua Ollandı Şərqə göndərir ki, orada yaxşı münasibətdə olduğu ölkələrlə dil tapsın, Rusiyaya qarşı qaldırsın. ABŞ Ukraynadakı hadisələrə 5 milyard dollar xərclədi. Ölkədə hakimiyyəti ələ aldı, amma Ukrayna Krımı itirdi. İndi də çalışırlar ki, Rusiyanı daha da sıxışdırsınlar”.

Bunu  açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Fransa prezidenti Fransua Ollandın Bakıya səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, rəsmi Bakı heç vaxt böyük dövlətlərin oyunlarının oyunçusuna çevrilməyib:

“İlham Əliyev çox ağıllı xarici siyasət yürüdür. Düşünürəm ki, Ollandın səfərinin əsas məqsədlərindən biri biznes əlaqələrini gücləndirməkdir. Qərb dövlətləri iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi önəm verirlər. Oland yəqin ki, Qarabağ məsələsini də müzakirə edib. Amma o, heç vaxt Ermənistanı qoyub Azərbaycanın maraqlarını müdafiə etməyəcək. Ollandın Azərbaycana səfərinin gerçək səbəblərindən asılı olmayaraq, Azərbaycan heç vaxt imkan verməyəcək ki, Qərb dövlətləri öz maraqları üçün ondan istifadə etsin. Bir dəfə İlham Əliyev Amerika prezidenti Corc Buşla görüşəndən sonra bəyan etdi ki, Azərbaycan xarici dövlətlərin poliqonuna çevrilməyəcək. “Röyter” agentliyinə müsahibəsində cənab prezident bildirdi ki, kimin kimlə ədavəti varsa, bizsiz aparsın”.

A.Əlizadə hesab edir ki, Ollandın səfərini Rusiya ilə bağlamaq düzgün deyil: “Kim deyir ki, Rusiyadan Azərbaycana hansısa təhlükə var? Şəxsən mən belə bir təhlükə görmürəm”(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600