“Amerika tezliklə Azərbaycanı müdafiə edəcək”
Gec-tez ABŞ liderləri etiraf edəcəklər ki, Azərbaycanla bağlı strateji maraqları var və onları müdafiə etmək lazımdır.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib. Onun sözlərinə görə, hələ ki, Vaşinqton bununla məşğul olmağa tələsmir, “amma bir neçə aydan sonra strateji düşünən insanlar Azərbaycana lazımi diqqəti yetirəcəklər və vəziyyət yaxşılaşacaq”.
“Səudiyyə Ərəbistanına yardım edən Obama strateji maraqların qorunmasının vacibliyindən danışır, niyə bunun Azərbaycanla bağlı etməsin?”, – deyə diplomat vurğulayır.
ABŞ-ın Cənubi Qafqazda öz maraqlarını müəyyən etməsinin vacib olduğunu bildirən Metyu Brayza bildirib: “Regionda üç ölkə var, ən fəalı əlbəttə Azərbaycandır – iqtisadiyyatı, əhalisi və strateji infrastrukturu ilə. Şəksiz Rusiya bölgədə böyük rol oynayır, amma Azərbaycan müstəqildir”.
ABŞ-lı diplomat Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün Rusiyanın danışıqlardan uzaqlaşdırılmasını vacib sayır: “ABŞ prezidenti Sarkisyan və Əliyevlə birbaşa görüşməlidir. Obama açıq göstərməlidir ki, münaqişə Azərbaycan üçün çox vacibdir”.