“Atam sui-qəsdin qarşısını alıb“
“Biz xəyanət etmərik, bizdə rəhbərə sədaqət var”.
Bu sözləri Quran hafizi və nəqşibəndi şeyxi olan babalarına görə “Şeyxlər” deyə tanınan bir ailənin övladı, tarixçi Məhmət Sərxan Tayşi Atatürk haqda danışarkən deyib.
Tayşi Məlami xəlifəsi olan atasının 8 il Atatürkə cangüdənlik etdiyini və Atatürkün cangüdən seçərkən şeyx, ya da alim övladları olmasına diqqət yetirdiyini bildirib. Tam 33 il Milli Kitabxanada çalışan və kitabxana müdiri olaraq təqaüdə çıxan Sərxan Tayşi atası haqda olanları belə xatırlayır:
“Atam gənclik illərində düz səkkiz il Atatürkün cangüdəni olub və Atatürkün vəfatından sonra istefa verib. Daha sonra isə şeyx adına layiq görülüb. Atam həmişə deyərdi ki, Mustafa Kamal Atatürk özünə cangüdən seçərkən onların şeyx övladları olmasına xüsusi diqqət yetirərdi. Bunun səbəbi isə şeyx övladlarının xəyanətkar olmaması idi. Biz xəyanət etmərik, bizdə rəhbərə sədaqət var. Pak ailənin övladı olmayanlar isə rüşvətlə hər şeyi edə bilər – xəyanət də! Şeyx övladları daim “Dövlət başçısıdır, qəbahət və təqdir onundur” prinsipiylə davranıb. Bu, ədəbdir. Bir dəfə ermənilər Atatürkə sui-qəsd planı hazırlayarkən atam onların qarşısını alıb. Hətta Atatürkün atama öz əlilə yazdığı təşəkkür sənədi də var”.