Atasından geri qalmayan oğul – AFFA-dan yarım milyon mənimsədi

Korrupsiya əməlinə görə həbs edilən İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın oğlu Qorka ilə bağlı daha bir mənimsəmə faktı üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu, 2009-cu ildə futbol üzrə Azərbaycan və İspaniya milliləri arasında Bakıda keçirilən yoxlama matçı ilə bağlıdır.

İspaniya mətbuatının yaydığı xəbərə görə, oğul Vilyar İspaniya millisinin paytaxtımıza gəlməsi üçün AFFA-dan alınan pulun yarıdan çoxunu mənimsəyib. O, bizimkilərin ödədiyi 700 min avronun cəmi 200 minini yerli federasiyanın hesabına köçürüb. Yerdə qalan yarım milyon avro isə Qorxanın cibinə axıb.

Qeyd edək ki, sözügedən qarşılaşma İspaniya millisinin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Onu da xatırladaq ki, Qorkanın atası da eyni əmələ görə polis nəzarətindədir.

Yenicag.az

COP29