“Aygünlə bağlı sözlərimdən xoşu gəlməyən bir  parca  keks  yeyib üstündən su içsin”

media-hightechnic-468x90

923_o6ny4owbwjTanınmış klipmeyker Zöhrab Ağayev pop diva Aygün Kazimovaya  yenidən klip çəkmək arzusundadır.

Yenicag.az bildirir ki, Zöhrab Ağayev sosial şəbəkədə Azərbaycanın xalq artisti Aygün Kazımovanın “Sevən qəlbim” adlı klipini paylaşaraq təəssüratlarını qeyd edib:

“2006-cı ildə mənə çox böyük populyarlıq şöhrət gətirən klipim… Təşəkkurlər Aygün Kazımova! Baxmayaraq ki, o zaman mənim 22 yaşım var idi, amma  mənə inandınız  və dəstək oldunuz, mən bunu heç vaxt itirmərəm. Şou – biznesdə mənim mənəvi anamsınız. Aygün  xanım hər zaman gənclərə dəstək olub və olur. Bu göz qabağındadı, düzdür elələri var ki, ona  nankor çıxıblar. Hansılar ki, əlindən tutub səhnəyə gətirib oxumağa öyrədib və bu gün deyirlər ki, Aygün kimdi? Həmin o “Aygün kimdir” deyən müğənnilər  hər zaman sizin arxanızda  durub ikinci səs  olublar, necə keçmişdə, elə indinin özündə də onlar ikinci planda  və qat – qat  sizdən arxadadırlar.  2006-cı ildə mənə bu sevinci yaşadınız, mənə klip çəkdirdiniz,  inşallah bu sevinci yenidən yaşamaq  istərdim, sözlər ürəyimdən gəldi yazdım. Kiminsə sözlərim xoşuna gəlmirsə, bir  parca  keks  yeyib üstündən su içsin. ”

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600