“Aynar Məmmədov cinayət sifariş edib”

media-hightechnic-468x90

awswe“Deputat Elton Məmmədovla bağlı xəbər absurddur. Hesab edirik ki, onun oğlu ciddi bir cinayət əməlini sifariş verib. Buna görə də indi Məmmədovların bütün “söhbəti” istintaqla olmalıdır”.   

Bu sözləri  açıqlamasında “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlu Nəqliyyat naziri Ziya Məmmədovun tapşırığı ilə qardaşı, millət vəkili Elton Məmmədovun onunla “dil tapmaq” üçün görüşməsi barədə mediada yayılan xəbərlərə aydınlıq gətirərkən deyib. R.Arifoğlunun sözlərinə görə, Elton Məmmədovun oğlu Aynar Məmmədov qanun qarşısında cavab verməlidir:  

“Bu gənc ailəsini də, dövləti də zərbə altında qoyan düşüncəsiz bir hərəkət edib. Və bu hərəkətə görə də cavab verməlidir. Artıq bu gün əməkdaşımız Fərahim İlqaroğlu ölkə prezidentinə müraciət edib. Biz bu məsələnin qanun müstəvisində sona qədər təqib olunmasına tərəfdarıq”. Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun məlum döyülmə sifarişinin Aynar Məmmədov tərəfindən verildiyi ilə bağlı qəzetin iddialarının qarşısını almaq üçün Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşına tapşırıq verdiyi bildirilirdi. Millət vəkili Elton Məmmədov da “Teleqraf.com”a açıqlamasında yayılan məlumatları təkzib etmişdi:   “Rauf Arifoğlu və ya onun rəhbəri olduğu “Yeni Müsavat” qəzetilə dil tapmaq, yaxud hansısa razılaşma əldə etməklə bağlı qardaşım Ziya Məmmədov mənə heç bir göstəriş verməyib. Belə bir göstəriş ola da bilməz”(musavat.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600