Azarkeşlər arasında dava düşdü
Almaniyanın Ştutqart şəhərinin küçələrində futbol fanatlarının qarşıdurması nəticəsində 12 polis əməkdaşı xəsarət alıb. Bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Ötən gün Bundesliqanın 24-cü turu çərçivəsində keçirilən “Ştutqart” – “Herta” (0:0) oyunu başa çatandan hər iki komandanın azarkeşləri arasında dava düşüb.
Polislər mərkəzi vağzal yaxınlığında bir neçə qarşıdurmanın qarşısını ala biliblər. İnsident nəticəsində 12 polis işçisi xəsarət alıb, eləcə də onlarla avtomobil və polis maşınına zərər dəyib.