“Azərbaycan İŞİD-lə mübarizəyə hazırlıqlıdır”

media-hightechnic-468x90

8724Dünyanın əksər qabaqcıl ölkələrinin sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi elan etdiyi İŞİD terror təşkilatına qarşı beynəlxalq mübarizə davam edir. Bugünlərdə ABŞ-ın öncüllüyü ilə yaradılan anti-İŞİD cəbhəsinə qoşulub-qoşulmayacağı ciddi sual doğuran Türkiyə də, terror təşkilatına qarşı hərbi əməliyyatlarda yer ala biləcəyini vurğulayıb ki, bu da terror qurumuna qarşı mübarizə cəbhəsinin genişlənəcəyindən xəbər verir. Fəqət öz sıralarını dünyanın müxtəlif ölkələrindən gələn yeni üzvlər hesabına daim möhkəmlədən və maddi baxımdan da yetərincə təminatlı görünən İŞİD-ə qarşı mübarizənin çətinliyi də etiraf olunmaqdadır. Bu etirafın dünyanın bir nömrəli super gücü olan ABŞ tərəfindən belə səslənməsi İŞİD-lə mübarizənin kifayət qədər ağır olduğunu təsdiqləməkdədir.

İŞİD-ə qarşı mübarizənin digər çətinliklərindən biri də adıçəkilən teror təşkilatına qarşı mübarizədə yer alan dövlətlərin bununla ciddi risk alması ilə bağlıdır. Belə ki, İŞİD ona qarşı mübarizə aparan dövlətin vətəndaşlarını öldürməklə təhdid edib ki, Əlcəzairdən qaçırılan Fransa vətəndaşının sırf bu səbəbdən öldürülməsi terror təşkilatının öz niyyətində kifayət qədər ciddi olduğunu göstərir. Bundan başqa, terror təşkilatının lideri verdiyi açıqlamada 49 türk diplomatının da Türkiyənin anti-İŞİD cəbhəsinə qoşulmayacağı ilə bağlı zəmanətindən sonra azad olunduğunu bildirib.

Bu baxımdan Azərbaycan MTN-nin bugünlərdə keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD üzvü olduğu iddia edilən 26 nəfəri həbs etməsi də müəyyən suallar doğurur. Ölkəmizdə İŞİD üzvü olmaqda ittiham edilən şəxslərin həbs edilməsi Azərbaycanı terror təşkilatının hədəfinə çevirə bilərmi? Azərbaycan dünyanı qorxuya salan İŞİD təhlükəsindən, bu təhlükənin özü ilə gətirə biləcəyi təhdidlərdən qoruna bilərmi?
Bununla bağlı Moderator.az və “Hürriyyət” qəzetinə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin direktoru, məşhur araşdırmaçı və politoloq İlqar Altay bütün hallarda MTN-nin keçirdiyi əməliyyatın təqdirəlayiq olduğunu, bu əməliyyatın dövlətin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“MTN dövlətin təhlükəsizliyi naminə qanunun tələbi əsasında əməliyyat keçirib. Nəticədə uğurlu əməliyyat hesabına 26 nəfər ictimai təhlükəli şəxsi zərərsizləşdirib. Yəni MTN öz öhdəsinə düşən işi görüb və bu, belə də olmalı idi. Azərbaycan vətəndaşlarının hansısa ölkədə qanunsuz hərbi qruplaşmalarda iştirak edib qan tökməsi ağır cinayətdir. Bu, həm ölkə daxilində ağır fəsadlar yarada bilir, həm də beynəlxalq aləmdə ölkənin nüfuzunu zədələyir. Odur ki, dövlət öz gücündən istifadə edir və belə qanunsuz halların qarşısını almaq üçün müvafiq tədbir görür”.
İ.Altayın sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyatların İŞİD tərəfindən narazılıqla qarşılanıb-qarşılanmayacağı və ya bu narazılığın hansı proseslərə səbəb olacağı məsələnin ikinci tərəfidir:
“Bu halda əgər həmin vətəndaşlar gəlib talibançı, hizbullahçı, İŞİD və ya hansısa digər terror təşkilatının üzvü olubsa və həmin təşkilatlar keçirilən həbslərdən narazı qalırsa, bu, ikinci məsələdir. Azərbaycan bir dövlət olaraq öz qanunları üzrə tədbirlərini görür. Bu tədbirlər terrorizmə qarşı mübarizədə beynəlxalq normalara da tam uyğundur. Hesab edirəm ki, İŞİD kimi öz hərəkətləri ilə bütün dünyanı iyrəndirən terror təşkilatına güzəşt etməyi heç də özünə hörmət edən dövlət düşünmür”.

İ.Altayın qənaətinə, Azərbaycan istənilən terror təşkilatının həmləsinə hazırdır və belə bir şey olarsa, o zaman bütün həmlələrə layiqli cavab verəcəkdir:

“Əgər İŞİD buna görə Azərbaycana qarşı haradasa təhlükə yarada bilərsə, düşünürəm ki, Azərbaycan buna hazırdır və hazıqlıqlıdır. Çünki biz buna öyrəncəliyik və dövlətimiz illərlə ASALA və s. kimi erməni terror təşkilatları qarşısında duruş gətirib. Türk diplomatlarının İŞİD əsirliyindən azad olması isə müxtəlif səbəblərdən ola bilər. Təbii ki, Türkiyə hökuməti bu məsələdə səy göstərib və öz vətəndaşlarının qurtulması üçün hansı addımları atıb, bu təbii ki, sirr olaraq qalacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600